• Yəmənlilərin toyunda musiqiyə çox önəm verilir. Gəlinin şən olması üçün çoxlu musiqiçi dəvət olunur və onlar bütün toyboyu müxtəlif mahnılar ifa edirlər.
  • Tibetdə qonaqlar evlənənləri təbrik edir və onların boyunlarına şərf bağlayırlar. Nəzərə alsaq ki, toy insanların çox olduğu bir mərasimdir, onda tədbirin sonunda bəylə-gəlin boyunlarındakı şərflərin ağırlığından yerlərindən dura bilmirlər.
  • Meksikada toyun əsas təşkilatçıları gəlinin və bəyin xaç valideynləridir. Onlar, eyni zamanda, mərasimin bütün maliyyə xərclərini də öz üzərlərinə götürürlər. Qonaqlar əl-ələ tutaraq ürək şəklində düzlənir və evlənənlər bu fiqurun ortasında ilk rəqslərini oynayırlar.
  • Almanlarda qonaqlar boşqabları yerə vurub-sındırır, evlənənlər isə evlərində daha heç bir şeyin qırılmaması üçün boşqab qırıntılarını süpürürlər. Nikah mərasimindən sonra şahid gəlini qaçırır və pivəxanaya aparır. Orada bəy tapılanadək gəlinə pivə içirdir. Bəy isə gəlindən sonra gəlinin içdiyi pivələrin pulunu vermək məcburiyyətində qalır.
  • Yaponiyada toy ərzində gəlin üç dəfə paltar dəyişir. Əvvəlcə ağ, sonra qırmızı kimano, ən axırda isə adi avropasayağı gəlin paltarı geyinirlər.
  • Macarıstanda bütün kişi qonaqlar gəlinlə rəqs edə bilərlər. Rəqs edən pul verərsə, gəlin onu öpməlidir.
  • Yamaykada toy üçün iri meyvəli piroq bişirirlər. Toya gələ bilməyənlərə piroq dilimi poçt vasitəsilə göndərirlər.
  • Mərakeşdə toy dörd gündən yeddi günədək davam edir. Təzə evə daxil olmamışdan əvvəl gəlin üç dəfə onun başına dolanmalı və toyqabağı süd vannası qəbul etməlidir.
  • Çində hamı qırmızı paltar geyinir və ətrafı da bu rəngdə bəzəyirlər. Çünki toyunda sakit durmayan tamada bir neçə mərtəbəli tortun bölüşdürülməsinə nəzarət edir. Tortu aşağıdan-yuxarıya doğru kəsmək lazımdır, çünki bu, evlənənlərin xoşbəxtliyə doğru birgə qalxdıqları pilləkənları simvollaşdırır.
  • Çilidə nişanlananlar bir-birlərinin sağ əllərinə üzük taxırlar, toydan sonra isə üzükləri sol əllərinə keçirirlər.
  • Rusiyada əsas mərasim toy qonaqlığıdır. Musiqi, rəqslər və yemək-içmək. Mərasimin əvvəlində yaxın qohumlar və ya dostlar tost deyir. Tostdan sonra isə hamı bokalları yerə vuraraq sındırır. Deyilənə görə, bu, xoşbəxtlik gətirir.
  • Cənubi Afrika Respublikasında cavanların xoşbəxt olmaları üçün valideynlərin evlərindən alov gətirib, evlənənlərin mənzilində ocaq yandırmalıdırlar.
  • İrlandiyalılar Müqəddəs Patrik günündə evlənməyə can atırlar. Toydan qabaq gəlin özü saçlarını qaydaya salmalıdır. Bu adət, qadın gücünü saxlayır. Bal ayını isə cütlük hamıdan uzaqda, bal şərabı içə-içə keçirir. Bu, valideynlərin öz fikirlərini qəfil dəyişərək, onları ayıra bilməmələri üçündür. 
  • Venesuelada bəyin evlənməsi üçün xaç atası icazə verməlidir. Əvvəlcə adi toy keçirilir, iki həftədən sonra isə kilsədə nikah mərasimi baş tutur. Hər iki mərasim yeyib-içməklə bitir. Amma kilsə nikahından sonra daha böyük banket keçirilir. Evlənənlər isə toydan heç kimi görmədən qaçmalıdırlar – bu zaman onlar mütləq xoşbəxt olacaqlar.
  • Tailandda evlənənlər boğazlarından çiçək hörükləri asaraq diz üstündə əl-ələ otururlar. Mərasimi aparan ən yaşlı qohum onların əllərini suya salır və ər-arvad elan edir.
  • İranda gəlinə paltarı bəy alır. Bu, gəlini bükdükləri böyük bir parçadır. Mərasimdən sonra evlənənlərin başına qənd tökürlər.
  • BƏS BİZDƏ ? ? ?
    Azərbaycanlılar müsəlman olduğları üçün dövlətdə qeydiyyata keçirilən nikahla yanaşı, mollanın oxuduğu dini kəbini də bağlayırlar. Amma əsas məsələ nikah deyil, restoranda keçirilən toy mərasimidir. Mərasimi, adətən, tamada və ya toyu “aparan” müğənni idarə edir. Cavanlar daha çox rəqs etməyə, yaşlılar isə masaları bəzəyən cürbəcür təamlar dadmağa meyllidirlər. Adətən, musiqinin səsindən ağız deyəni qulaq eşitmir. Bəy və gəlinin yaxınları çıxış edərək evlənənlərə öz ürək sözlərini deyirlər. Bəzi toylarda evlənənlər üçün pul məbləği də yığılır, bəzilərində isə bəylə-gəlinə hədiyyələr verilir. Toyların keçirilmə müddəti də müxtəlifdir. Belə ki, elə ailələr var, toyu birlikdə, elələri də var, qız və oğlan toylarını ayrı-ayrı günlərdə qeyd edirlər. Adət üzrə, gəlin və bəyin sağdışları da olur. Onlar eyni zamanda, şahid qismində də çıxış edirlər.

Share this: