Bu xəbəri oxuduqdan sonra pul kisənizə uşaq şəkli qoyacaqsınız - MARAQLI

 
 

 

 

Pul kisəsini itirmə ehtimalını düşünmək belə insanın canını sıxarkən itirdikdə nələrin olacağını ağlımızdan keçirmək istəmirik. Ancaq itirsəniz bəlkə pul kisəsini tapan adam sizinlə əlaqəyə keçə bilər. Əlbəttə, pul kisənizdə körpə şəkli varsa. Araşdırmalar pul kisəsini geri gətirmə şansının, içində körpə şəkli varkən ən yüksək olduğunu göstərir.
 
Moderator.az xəbər verir ki, itən bir pul kisəsinin geri dönüb dönməyəcək bir fotoşəkil üzərində nə kimi təsiri olacağını bilmək istəyən britaniyalı mütəxəssislər Edinburqun dörd bir yanında 240 fərqli pul kisəsini itirib və tapılanların neçəsinin geri qaytarılacağını diqqətdə saxlayıb. 
 
Kisələr körpələrin, it balalarının, ailələrin və ya daha yaşlı bir cütlüyün şəkillərindən ibarət olub. Bundan başqa, içində heç bir şəkil olmayan bəzi kisələr də olub.  Nəticədə körpə şəkilləri olan kisələr ən çox geri qaytarılanlar olub.